Finlandiyada təyyarə qəzası
Finlandiyada 8 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
Talysh Post.org-in xəbərinə görə, hadisə Pori qəsəbəsinin 70 kilometrliyindəki “Yamiyarvi” (Jamijarvi) hava limanının üzərində baş verib.
Məlumata görə, təlim təyyarəsindəki 3 nəfər paraşütlə tullanaraq xilas olublar. Digər 8 nəfər isə təyyarənin yerə çaxılması nəticəsində ölüblər.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzadan əvvəl təyyarənin bəzi hissələri yerə düşüb, yerə çaxılan təyyarə isə alışaraq yanmağa başlayıb.
Polis faktla bağlı araşdırmlara başlayıb.

Talysh Post.org













