Главная » 2014 » Декабрь » 23 » F. Ağayev: "Allah kökünüzü kəssin!!!"

F. Ağayev: "Allah kökünüzü kəssin!!!"

23-12-2014 в 17:16 просмотров: 190 комментариев: 0 В мире

Bakının məşhur körpüsündə intiharlar Xalq artisti Faiq Ağayevi qəzəbləndirdi. 

Мəlumatına görə, sənətçi insanları intihara sürükləyənlərə od püskürüb. 

"Tüpürüm sizin insanlığınıza!!! Adam təngə gəlib, intihar etmək fikrindədir. Aşağıdakı "tamaşaçılar" isə ona "Tullan!" qışqırırlar...
Vəhşi heyvanlarda belə mərhəmət var. Bunlar isə... Allah kökünüzü kəssin!!!".

Qeyd edək ki, Koroğlu körpüsü kimi tanınan ərazidə son zamanlar intihara cəhdlərin sayı əhəmiyyətli dərəcədə artıb. 

Son olaraq isə ötən gün belə hadisə baş verib. Sabumçu rayon 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bir qadın dünən axşam saatlarında intihar etmək üçün körpüyə çıxıb. Hadisə yerinə FHN xilasediciləri və polis cəlb edilib. Onun cəhdinin qarşısı alınıb. 

TalyshPost.org

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org