Dünyanın ən böyük axtarış sistemlərindən olan Quql Krımı Rusiyaya verib
Dünyanın ən böyük axtarış sistemlərindən olan Quql Krımı Rusiyaya verib. Quqlun xəritə xidməti göstərən
“Maps” tətbiqində Krım bütöv xətlə Rusiya ərazisi kimi göstərilib.
Qəribədir ki, bu, sadəcə Quqlun rus səhifəsində belədir.
Digər dillərdə olan xəritələrdə isə Ukrayna ilə Krımı ayıran xətt kəsik-kəsik göstərilib.
Qeyd edək ki, Quql analoji “əliaçıqlığı” Abxaziya üçün göstərməyib. Çünki Abxaziya ilə Gürcüstan arasındakı sərhəd hələ də qırıq-qırıq xətlə göstərilir .
Talysh Post.org













