Главная » 2014 » Июнь » 13 » Dünya İŞİD-ə qarşı birləşir (VİDEO)

Dünya İŞİD-ə qarşı birləşir (VİDEO)

13-06-2014 в 07:53 просмотров: 179 комментариев: 0 В мире

İraq-Şam İslam Dövləti təşkilatının İraqdakı fəaliyyəti beynəlxalq təşkilatları yenidən hərəkətə gətirib.

Talysh Post.org-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının toplantısı sonra açıqlama verən rusiyalı daimi nümayəndə Vitali Çurkin şura üzvü olan ölkələr arasında fikir birliyi olduğunu bildirib.

"Təhlükəsizlik Şurasının üzvləri yekdilliklə terrora qarşı İraq xalqı və hökumətinin yanında olduqlarını bildirdi. Səbəbi nə olursa-olsun, bütün zorakılığı və terror fəaliyyətlərini qınayırıq." - deyə Vitali Çurkin qeyd edib.

İranın dövlət başçısı Həsən Ruhani isə körfəz ölkələrindən dəstək aldığı deyilən İŞİD-in fəaliyyətlərini qəddarlıq olaraq xarakterizə edib:
"İran İslam Respublikası olaraq biz İraqdakı bu vəhşiliyi, terroru xoş qarşılaya bilmərik. BMT-də də bildirdiyimiz kimi zorakılığa, terrora qarşı həm bölgədə, həm də dünyanın hər yerində mübarizə aparacağıq. "

Qeyd edək ki, ABŞ hökuməti də İraqın yanında olduğunu və dəstəyini əsirgəməyəcəyini bildirib.

 
Talysh Post.org

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org