“CNN Türk”ə “first lady” cəzası (VİDEO)

Atası azərbaycanlı olan Türkiyəli yazıçı Pınar Kürün ötən ay “CNN Türk”-dəki hicablılarla bağlı qalmaqallı açıqlamasına görə kanala cəza verilib.
Talysh Post.org-in məlumatına görə, ötən ay “CNN Türk” kanalına qonaq olan 68 yaşlı yazıçı Pınar Kür hicablı qadınları bəyənmədiyini bildirmişdi. O, xüsusilə ölkə prezidenti və baş nazirinin həyat yoldaşının hicablı olmasına yaxşı baxmadığını, hətta geridəqalmışlıq kimi qəbul etdiyini vurğulamışdı.
Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) açıqladığı son hesabatda yazıçı Pınar Kürün hicablı qadınları geridəqalmış kimi qəbul etdiyi, dini inanclar arasında ayrı-seçkilik yaratdığı üçün “CNN Türk”-ə 57602 lirə (təxminən 21439 manat) pul cəzası verilib.













