Çin hökumətindən müsəlmanlara daha bir qadağa

Çin hökuməti Şərqi Türkistanda daha bir islamofob qadağa tətbiqinə başlayıb.
TalyshPost.org-in İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Çin hökuməti Şərqi Türkistanda müsəlmanlara qarşı daha bir qadağa tətbiqinə başlayıb. Belə ki, Şərqi Türkistanın Karamay şəhərində hicablı xanımların və uzun saqqallı kişilərin ümumi sərnişin-nəqliyyat vasitələrindən istifadə etməsinə qadağa qoyulub.
Bu islamofob qərarın geyimlərində ay və ulduz simvolları olan şəxslərə də aid olunacağı rəsmilər tərəfindən açıqlanıb.
Qeyd edək ki, son iki il ərzində Çin hökuməti ilə müsəlmanlar arasında çıxan qarşıdurmalarda 300 nəfər həyatını itirib.













