Главная » 2014 » Декабрь » 17 » Canlı "allah" ölür

Canlı "allah" ölür

17-12-2014 в 14:43 просмотров: 150 комментариев: 0 В мире

Tibetin dini lideri Dalay-lama bildirib ki, böyük ehtimalla, ondan sonra varisi olmayacaq. 

Anspress-in məlumatına görə, Tibet buddistləri tərəfindən 22-ci canlı “allah” kimi qəbul edilən 79 yaşlı dini liderin fikrincə, tarixin müəyyən mərhələsində yaranmış Dalay-lama institutu bununla tarixə qovuşacaq. Dalay-lama bildirib ki, özündən sonra nalayiq adamın bu instituta başçılıq edəcəyindən qorxur. 

Əsl adı Nqaqvanq Lovzanq Tentszin Qyamtsxo olan Dalay-lama Tibet, Monqolustan, Buryatiya, Tuva və Kalmıkiyanın dini lideridir. 6 iyul 1935-ci ildə Taktser kəndində Lxamo Txondrup adı altında anadan olmuş körpə 1937-ci ildə 2 yaşı olarkən Dalay-lama seçilib. Həmin vaxt XIII Dalay-lama dünyasını dəyişibmiş. Kəndə gəlmiş budda rahibləri onu sınaqdan keçirərək Dalay-lamanın ruhunun ona keçdiyini söyləyiblər və onu XIV Dalay-lama seçiblər. 

1950-ci ildə Tibet Çin tərəfindən işğal edildikdən sonra mühacirətdə olan Tibet parlamenti 15 yaşlı Dalay-lamaya müraciət edərək onu dövlət başçısı seçib. Həmin vaxtdan Dalay-lama Tibetin dini və dünyəvi rəhbəri sayılır. Onun iqamətgahı Hindistandadır. 

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org