Главная » 2014 » Октябрь » 27 » Buravar kəndində canavar evə soxulub

Buravar kəndində canavar evə soxulub

27-10-2014 в 14:57 просмотров: 190 комментариев: 0 Новости Талыша

Ötən axşam Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.

TalyshPost milli.az-a istinadən xəbər verir ki, dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.

Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.

Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.

 

TalyshPost


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org