Главная » 2014 » Май » 22 » Bu futbolçu ildə 73 milyon qazanır

Bu futbolçu ildə 73 milyon qazanır

22-05-2014 в 16:37 просмотров: 144 комментариев: 0 Новости

 Dünyanın nüfuzlu jurnalı "Forbes" ən çox qazanan futbolçunun adını açıqlayıb.  Talysh Post.org-in məlumatına görə, siyahı hazırlanarkən burada oyunçuların  gəlirinin qiymətləndirilməsi zamanı vergilərin çıxılmasına qədər məsələlər öz  əksini tapıb. Futbolçuların gəlirləri hesablanarkən həmçinin əlavə bonuslar və  sponsor gəlirləri də nəzərə alınıb. "Forbes"ın hesablamalarına əsasən, hazırki  vəziyyətə görə, ən çox maaş alan futbolçu Kriştiano Ronaldodur.

"Real Madrid"in ulduz futbolçu maaş və bonuslar üzrə 49 milyon dollar, reklam gəlilərindən isə 24 milyon dollar əldə edib. Ümumilikdə bir ilə 73 milyon gəlir qazanan oyunçu kainatın ən çox qazanan futbolçusudur.

Siyahıda ikinci pillədə illik 65 milyon dollarlıq gəliri ilə Lionel Messi qərarlaşıb. "Barselona"ın ulduz futbolçusu maaş və bonuslar üzrə 42 milyon dollar, reklam gəlilərindən isə 23 milyon dollar qazanc əldə edib.

Üçüncü pillədə isə "PSJ"nin futbolçusu Zlatan İbrahimoviç yer alıb. O, bir ildə 34 milyon dollar pul qazanıb. Futbolçu bu pulun 30 milyon dollarını maaş və bonuslardan, 4 milyon dollarını isə reklamdan əldə edib.

"Barselona"ın digər ulduz futbolçusu Neymar siyahıda 28 milyon dollarlıq gəliri ilə 4-cü pillədədir. Neymar maaş və bonuslar üzrə 12 milyon dollar, reklam gəlilərindən isə 16 milyon dollar qazanc əldə edib.

Siyahının ilk beşliyinin sonuncusu "Monako" klubunun futbolçusu Radamel Falkaodur. Oyunçu bir ildə 26 milyon dollarlıq gəlir əldə edib. Futbolçu bu vəsaitin 23 milyon dollarını maaş və bonuslar üzrə, 3 milyon dollarını isə reklam gəlirləri üzrə qazanıb.

                       


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org