Главная » 2014 » Ноябрь » 24 » "Böyük oyun" gedir (CANLI)

"Böyük oyun" gedir (CANLI)

24-11-2014 в 19:11 просмотров: 172 комментариев: 0 В мире

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulur. 

Məlumata görə, ikinci oyun günündə iki matç baş tutur. 

Turun mərkəzi oyunu "Dalğa Arena"da keçirilir. "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edir. Lənkəran şəhər stadionun ot örtüyü hazır olmadığından cənublular əzəli rəqibini Mərdəkanda qəbul edir. Hər iki komanda son turu məğlubiyyətlə başa vurub. "Xəzər Lənkəran" "İnter"ə 1:3, "Neftçi" "Simurq"a 0:1 hesabı ilə yenilib. "Xəzər Lənkəran" "Neftçi"ni məğlub etməklə birinci dövrədəki yenilginin qisasını almalıdı. Bu matç lənkəranlıların baş məşqçisi üçün də çox vacibdi. Bu mövsüm ən azı avrokuboklara vəsiqə iddiasında olan komandanın ardıcıl iki oyunda məğlubiyyəti türk mütəxəssisi işindən edə bilər. "Neftçi" isə qələbə qazanmaqla həm ötən tur itirilən xalları sığortalamalı, həm də azarkeşlərini əzəli rəqib üzərindəki qələbə ilə sevindirməlidi.

Günün digər oyununda autsayderlər - "Sumqayıt"la "Bakı" qarşılaşacaq. "Bakı" ötən tur "Qarabağ"a müqavimət göstərərək iki dəfə hesabı bərabərləşdirisə də, yekunda 2:4 hesablı məğlubiyyətdən qaça bilməyib. "Sumqayıt" isə "Araz Naxçıvan" çempionatdan çıxdığından turu istirahətlə keçirib. Bu matç hər iki komanda üçün böyük önəm daşıyır. "Sumqayıt" qələbə qazanacağı halda son pillədən uzaqlaşacaq. "Bakı" isə 3 xalı aktivinə yazmaqla sonunculuqdan qurtula bilər.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Simurq" səfərdə "Qəbələ"ni (3:2), "Qarabağ" evdə AZAL-ı (2:1) məğlub edib. "Araz Naxçıvan" çempionatı tərk etdiyindən bu turda "İnter" istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
I dövrə, XIII tur

24 noyabr
Xəzər Lənkəran - Neftçi 2:1
Qollar: Qalin İvanov, 8. Əfran İsmayılov, 38 - Ruslan Qurbanov, 10. 
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 10. Elnur Abdullayev, 28. Fernando Qabriel, 55. Ağabala Ramazanov, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski.
Baş məşçi: Oğuz Çətin.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 9. Flavinyo (k), 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 23. Ruslan Qurbanov, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 90. Erenst Nfor.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 11. Nikolas Kanales, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 28. Emin Mehtiyev, 95. Elvin Bədəlov. 
Baş məşçi: Arif Əsədov.
Qırmızı vərəqə: Emil Balayev, 15.
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
“Dalğa Arena”. Saat 17.00.

anspress


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org