Bir, Talış gəncinin harayi!...

Diqqətlə oxuyun və paylaşın.
Sabah saat 10-da, Sumqayıt Şəhər Məhkəməsində "Tolışon Sədo" qəzetimizin baş redaktoru Rafiq Cəlilovun hökmü oxunacaq. İştirak etmək istəyən hər kəs şəxsiyyət vəsiqəsilə gedə bilər.
Talış dilində şəxsi maddi imkanlar hesabına çap olunan bircə qəzetimiz var. Onun da redaktorlarını şərləyərək həbs edir, daha sonra isə öldürürlər. Dövlət Talışa aid bircə qəzetə pul ayırmır amma gedib Avropadakı kilsələri bərpa edir, Ermənistandan qaçan erməniləri super şəraitdə hər şeylə təmin edir. Budur qardaşlıq, haqq-ədalət və bərabərlik içində yaşamaq?!
Rafiq Cəlilov kiçik bir avtoqəza törədib və bu onun həbs olunması üçün əla bəhanədir! Qəzetimizin onnan qabaqkı baş redaktoru, fizika-riyaziyyat elmləri namizədi, hüquq müdafiəçisi - dr. Hilal Məmmədov isə 2012-ci ildə narkotik saxlama ittihamı ilə həbs edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli və ittihamın saxta olduğunu desə də nə fayda?! Axı o talışların haqları üçün çalışır, axı o talışdır və üstəlik o, ziyalıdır! Nə olsun ki, elm adamıdır?! Bu vicdansızlar onu narkotiklə həbs edərlər! Təki talışın səsi çıxmasın bu ölkədə! Doktor Hilal Məmmədovdan qabaq isə baş redaktor professor Novruzəli Məmmədov idi. Bu insanın talış dili haqqındakı haqq səsini eşitcək, bu ziyalını da həbs edib, həbsxanada siçan zəhərilə zəhərləyib öldürdülər! Bu da bəs etməyib iki gənc oğlunu da öldürdülər! Bu insanların bir günahı vardı: talış olaraq dünyaya gəlməkləri və bu dövlətdə yaşamaqları!
Budur bərabərlik?! Budur qardaşlıq?! Talışlar səsini çıxarmadan hərbi xidmətə gedib (ordununun böyük hissəsini kasıb talış balaları təşkil edir) Qarabağda vuruşsun, şəhid olsun, əlil olsun, gəlib Bakıda fəhləlik edib, çörək pulu qazanmağa başlarını qatsınlar bax onda talışlar yaxşıdı, dostdu, qardaşdı! Yox əgər öz haqlarımızı tələb etsək, onda xainik, seperatçıyıq, "yaxşı talışlar"dan deyilik! Bizi uca Allah bu milli kimlikdə yaradıb, bu torpaqlarda əzəldən yaşamışıq, heç kimin torpağına köç etməmişik! Heç kimin yurdunu işğal edib ora yerləşməmişik! Biz talışlar bu topaqların aborigen xalqıyıq! Bizim öz ana dilimiz var! Və Allahın bizlərə verdiyi bu haqqı - talış kimliyi ilə, öz dilimizi, mədəniyyətimizi, tariximizi qorumaq üçün çalışacayıq, ÖZ-lərimizi yaşadacayıq və bunlar uğrunda SİVİL mübarizə aparacayıq!
Bütün bunlar hansısa iqtidarın, hansısa qrupların, saxta müxalifətlərin, hansısa "pan"ların gözünə girirsə bu bizim problemimiz deyil! Bizim haqq səsimizə dəstək verən, buna hörmət edən hər kəs bizə dostdu, əks olan şovinistlər isə bununla barışsın - BİZ VARIQ VƏ OLACAYIQ!
Yeni nəsil, savadlı talış nəsli yetişir və onlar öz haqlarını öyrənir, haqq üçün mübarizə aparacaq. O ki qaldı saydığımız və saymadığımız haqsızlıqlara, şübhəsiz ki, tarixin haqq səhifələri bir gün mütləq açılacaq və şərəfsizlər bu səhifələrdə öz layiqli yerlərinə cəhənnəm olacaqlar!
Xıdo tolışi oqato!













