Главная » 2014 » Апрель » 25 » Benzinin qiyməti 75% artdı

Benzinin qiyməti 75% artdı

25-04-2014 в 13:52 просмотров: 163 комментариев: 0

İran hökuməti benzinə olan dövlət subsidiyalarını ləğv edib ki, nəticədə aprelin 24-ü axşam saatlarından benzinin qiyməti bahalaşıb. Talysh Post.org-in məlumatına görə, benzinin qiyməti 0.16 ABŞ dollarından 0.28 ABŞ dollarına qalxıb.

Yanacaqdoldurma məntəqələrində gecə yarısından sonra böyük növbələr yaranıb. Amma, xalqın həyəcanı hökumətin qərarını dəyişməyib. Baxmayaraq ki, hətta qiyməti qalxandan sonra belə İran benzini dünyada ən ucuz benzinlərdən biri olaraq qalır. 

Subsidiyaların ləğvi isə cəmiyyətin aztəminatlı təbəqələrinə vura bilər.

Qeyd edək ki, İranda əhalinin təxminən 25%-i işsizdir.

Ekspertlərin rəyinə görə, benzinin qiymətinin qalxması prezident Həsən Ruhani üçün ciddi sınaq ola bilər. O, qənaət edilmiş pullara yeni iş yerlərin açacağına söz vermişdi.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org