Главная » 2014 » Октябрь » 7 » Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

Başına 100 min pul qoyulan azərbaycanlı tutuldu

07-10-2014 в 15:55 просмотров: 260 комментариев: 0 В мире

Rusiyanın Perm şəhərində azərbaycanlı saxlanılıb. TalyshPost-ın məlumatına görə, saxlanılan gənc taksi sürücüsünü qətlə yetirməkdə ittiham edilir. "Kommersant" gəncin bu gün saxlanıldığını yazıb. 

Azərbaycan vətəndaşı Vüsal Məmmədov 2013-cü ilin avqust ayından axtarışda olub. 

Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 13-də Pionerski küçəsində qeydə alınıb. 
23 yaşlı azərbaycanlı ilə 38 yaşlı sürücü arasında münaqişə baş verib. Bundan sonra V.Məmmədov kişiyə 5 dəfə travmatik tapancadan atəş açıb. 

Sürücü dərhal xəstəxanaya yerləşdirilib. Lakin bir necə gün sonra o ölüb. Şübhəli şəxsin yerini müəyyən etmək üçün sürücünün çalışdığı şirkət mükafat təyin edilmişdi. Mükafat fondu isə 100 min rubl olub. 

Qeyd edək ki, şübhəli şəxs həmçinin 2011-ci iln payızında Permdə Rusiya Federasiyası Kommunist Partiyasının seçkiqabağı qərargah rəhbəri olan Vladislav Suxoruçenkova hücum işinin fiqurlarından biri olub. Belə ki, o zaman bir necə gənc dəyənəklərlə onu, mühafizəçisini və köməkçisini döymüşdü.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org