Главная » 2014 » Июнь » 11 » Baş nazirlər Merkelə qarşı çıxırlar

Baş nazirlər Merkelə qarşı çıxırlar

11-06-2014 в 11:00 просмотров: 159 комментариев: 0 В мире

Nazirlər problemlərin həlli istiqamətdə müzakirələr aparmaq üçün İsveçdə görüşüblər

Avropa Komissiyasına prezident seçkiləri ilə əlaqdar mərkəz-sağçı Avropa liderləri ilə Almaniya kansleri Angela Merkel arasında mübahisəli vəziyyət yaranıb.

Merkel komissiyanın rəhbəri vəzifəsinə Luksenburqun sabiq baş naziri Jan-Klod Yunkeri məsləhət gördüyü halda, Böyük Britaniyanın baş naziri Devid Kemeron, İsveçin baş naziri Frederik Raynfeldt və Hollandiyanın baş naziri Mark Rut buna qarşı çıxır.

Nazirlər Avropada yaşanan problemlərin həlli istiqamətdə müzakirələr aparmaq məqsədilə İsveçdə görüşüblər.

Baş nazir Frederik Raynfeldtin yay istirahət mərkəzində baş tutan qayıq gəzintisindən sonra mətbuat konfransı keçirilib. 

"Görüşün mərkəzində kadr seçimi deyil, Avropa vətəndaşlarının problemləri durur. Biz mümkün qədər daha çox problem həll etmək üçün müzakirələr aparmalıyıq" - deyə Merkel qeyd edib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron Jan-Klod Yunkeri federalist namizəd kimi dəyərləndirir və onun avrointeqrasiya siyasətinə qarşı çıxır. Nazirin mövqeyinə görə, Yunker Avropa Komissiysının rəhbəri seçiləcəyi təqdirdə Böyük Britaniyanın Avropa Birliyindən çıxması ehtimalları daha da yüksələcək.

 

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org