Banan yox olmaq təhlükəsi ilə üzləşib
Dünyanın bir çox ölkəsində süfrələrin bəzəyi olan banan yox olmaq təhlükəsi ilə üzləşib.
Talysh Post.org-in xəbərinə görə, buna, yayılan təhlükəli bitki göbələyinin səbəb olduğu bildirilib.
Məlumata görə, dünyada 1000-ə yaxın banan növü var və qlobal banan ixracının 95 faizini "Cavendish" növü təşkil edir.
Göbələyin də məhz bu növdə aşkarlandığı bildirilir.
Təhlükəli göbələk indilik Yaxın Şərq, Asiya və Afrikada müşahidə olunsa da bunun Latın Amerikasına keçməsi təhlükəsi də var.
CNBC kanalına müsahibə verən fitopatoloq Rendi Ploets bu göbələyi məhv etməyin mümkün olmadığını deyib. Ploets bildirib ki, hər cür anti-göbələk peyvəndə qarşı dayana bilən bu parazitlər düşdükləri torpaqda onlarla il qala bilirlər. Mütəxəssis bildirib ki, bu göbələklərlə ancaq onların yayılmasının qarşısını alaraq mübarizə aparmaq olar.
Talysh Post.org













