Bakıdan terror bəyanatı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanat yayıb.
TalyshPost - ın XİN-ə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası 16 dekabr tarixində Pakistanın Peşavar vilayətində məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumlarını qəti şəkildə pisləyir.
Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsnasında terrorizmə qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzimlidir.













