Главная » 2014 » Декабрь » 19 » Bakıda sürücü təpiklə yol polisi maşınının şüşəsini qırdı

Bakıda sürücü təpiklə yol polisi maşınının şüşəsini qırdı

19-12-2014 в 17:01 просмотров: 191 комментариев: 0 В мире

Son vaxtlar Bakıda Dövlət Yol Polisi (DYP) əməkdaşlarına hücumlarla bağlı xoşagəlməz insidentlərin sayı artıb. Yol hərəkəti qaydalarını pozanların itaətsizliyi ilə bağlı növbəti hadisə Binəqədi rayonunda baş verib. 

TalyshPost anspress-ə istinadən xəbər verir ki, bu barədə vesti.az-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata əsasən, dekabrın 18-də, saat 02:00-da Azadlıq prospektində 161 saylı binanın qarşısında DYP və yol patrul xidməti əməkdaşları – müfəttişlər, hər ikisi 1983-cü il təvəllüdlüAbbasəli Ələkbərov və Rauf Bağıyev, sərxoş vəziyyətdə “Daewoo” markalı avtomobili idarə edən 1992-ci il təvəllüdlü Bakı sakini Fərmin Firudinoğlunu saxlayıb. 

Məlumata əsasən, Fərmin Firudinoğlu polislərin tələblərinə məhəl qoymayıb və onlarla dava etməyə başlayıb. Bundan başqa, dava zamanı o, polisin “BMW” markalı xidməti maşınının yan şüşəsini ayağı ilə sındırıb. 

Avtoxuliqanın artıq polis tərəfindən saxlanıldığı məlumdur. Faktla bağlı araşdırmalar aparılır.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org