Главная » 2014 » Декабрь » 11 » Bakıda bir həftəlik əzab başladı

Bakıda bir həftəlik əzab başladı

11-12-2014 в 13:13 просмотров: 158 комментариев: 0 В мире

Bakının ən böyük yollarından biri bağlanır. 

Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Səməd Vurğun küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinə qədər olan hissədə təmir işləri aparılır. 

Təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hal-hazırda asflat örtüyünün dəyişdirilməsi üçün hazırlıq işləri gedir (kommunikasiya xətləri dəyişdirilir). 

Sürücülərə alternativ olaraq Bülbül prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işlərininin bir həftə ərzində yekunlaşdırılması planlaşdırılır. /anspress/


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org