Главная » 2014 » Июнь » 12 » Bakı küçələrində BTR-lər-(Video)

Bakı küçələrində BTR-lər-(Video)

12-06-2014 в 22:57 просмотров: 187 комментариев: 0 Новости

Sosial şəbəkələrdə Bakı küçələrində peyda olan zirehli texnikaların videosu yayılıb.  Həmin videonu iyunun 11-də euronews.az saytı “youtube” portalına yerləşdirib.
Videogörüntüdə zirehli transportyorlardan ibarət karvan gecə saatlarında avtomobil yolu ilə hərəkət edir. Sosial şəbəkələrdə müzakirə olunan bu görüntülər bəzi vətəndaşlar arasında həyəcan yaradıb.
“Azadlıq” radiosunun bununla bağlı sorğusunu cavablandıran Müdafiə Nazirliyinin mətbuat xidmətindən narahatlığa ehtiyac olmadığını bildiriblər:
“İyunun 11-də Silahlı Qüvvələrin zirehli transportyorlarından ibarət karvan Bakı küçələri ilə bir dislokasiya yerindən digərinə planlı surətdə yerdəyişmə edib. Nəqliyyatın hərəkətinə mane olmamaq məqsədilə yerdəyişmə axşam saatlarında həyata keçirilib”.
/Qafqazinfo/
 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org