Главная » 2015 » Январь » 6 » B.Əşrəfov: Dostlarımın arasında nazirlər, icra başçıları var ki...

B.Əşrəfov: Dostlarımın arasında nazirlər, icra başçıları var ki...

07-01-2015 в 01:50 просмотров: 317 комментариев: 0 Новости Талыша

Əməkdar artist oğulları ilə birgə “5-də 5” verilişinə qonaq olub. 
 

TalyshPost milli.az-a istinadən bildirir ki, B.Əşrəfovun oğulları - Elşən və Peyman onun ansamblında çıxış edirlər. Övladlarından ağızdolusu danışan Baloğlan bir sıra dostlarının onlara etdiyi dəstəkdən söhbət açmağı da unutmayıb.

 
“Oğullarımın ikisi də ali təhsillidir. Sağolsun dostlarım hər bir işlərində onlara dəstək olublar. Dostlarımın arasında rəhbərlikdə işləyənlər də, nazirlər də, icra başçıları da var. Heç vaxt onlara öz işimə görə ağız açmamışam. 

Elə buna görə də həmişə hörmətimi saxlayıblar. Allah Mübariz müəllimin canını sağ eləsin. Sağlığım üçün milyonlar tökdü. Yaşadığım müddətdə kefimi çəkmişdim, ölsəm də heç bir mənası yox idi. Mən səhnədə mikrofon əlimdə də dünyamı dəyişə bilərəm. Əməliyyatdan qayıtdıqdan sonra Masallıda bağ evimi təmir etdirdim, şəhərdə ev aldım, övladlarımı evləndirdim. Pulları üst-üstə yığmaqdansa, yaxşı yaşamağıma xərcləmişəm“, - B.Əşrəfov deyib.
 
TalyshPost.org

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org