Bəşər Əsədi təbrik edən 3 lider

Suriyada bir necə gün öncə keçirilən prezident seçkisindən sonra yenidən prezident seçilən Bəşər Əsəd təbrikləri qəbul etməyə başlayıb.
Talysh Post.org-in məlumatına görə, artıq 3 ölkə rəhbəri ona təbrik göndərib. Bunlar Rusiya, Venesuella, Şimali Koreya liderləridir.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın yaydığı məlumata görə, Vladimir Putin, Nikolas Madura və Kim Çen In Əsədə zəng edib.
"Hizbullah"ın baş katibi Həsən Nasrullah da Əsədi təbrik edib.
Xatırladaq ki, Suriyada prezident seçkisi 3 iyunda keçirilib. Seçinin nəticəsinə görə, 88,7 faiz səs toplayan Bəşər Əsəd yenidən ölkə prezidenti seçilib.
Suriyada 3 ildən artıqdır ki, davam edən qarşıdurmalar nəticəsində minlərlə insan ölüb.













