Главная » 2014 » Июнь » 7 » Bəşər Əsəd əfv fərmanı imzaladı

Bəşər Əsəd əfv fərmanı imzaladı

07-06-2014 в 22:06 просмотров: 147 комментариев: 0 Новости

 Suriya prezidenti Bəşər Əsəd ötən həftə və seçkilərdə qələbə qazandıqdan sonra, yüzlərlə məhbusun azad edilməsi    barədə əfv fərmanı imzalayıb.

Talysh Post.org "Press-TV"ə istinadən xəbər verir ki, Suriyada insan haqları nəzarətçi qrupu adlanan qrumun verdiyi məlumata əsasən,4 iyun tarixində Hələbin şimalında, mərkəzi həbsxanadan 320 məhbus azadlığa buraxılıb. Həmçinin Dəməşqdəki "Ədra" həbsxanasından 480 məhbus azad edilib.


Həmin qrup məlumat verib ki, Ədra vilayəti həbsxanasında azadlıqları təmin edilən məhbuslar təmamilə terrorçu ittihamlarla həbs edilmişlər.

Xatırladaq ki, Suriyanın hazırkı prezidenti Bəşər Əsəd ölkədə keçirilən prezident seçkilərində səslərin 88.7 faiznı qazanmaqla bir daha Suriyanın prezidenti seçilib.

Terrorçu qruplar isə seçkilərin keçiriməsinə çoxlu maneə törətmək istəyib.Lakin səs vermələr heç bir problem yaşanmadan yüksək səviyyədə keçirilib. Beynəlxalq müşahidəçilər də seçkilkərin demokratik və şəffaf keçirildiyini təsdiqləyiblər.

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org