"Azadlıq" təkfirçiləri islamçı kimi qələmə verir

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə tabe olan Azadlıq radiosu İngiltərənin «The Guardian» qəzetinə istinadən hiləgərcəsinə “ABŞ və İran İraq islamçılarıyla mübarizə yollarını düşünür” sərlövhəli yazı yayıb.
Terrorçuları islamçı adlandıran ABŞ və İngiltərə mediası Vyanada keçirilən ABŞ və İran danışıqlarına diqqət yönəldib, ABŞ-ın dövlət katibi John Kerryinin «gerçək sabitliyin əldə olunması naminə mən heç nəyi istisna etməzdim» bəyanatını hiləgər təhlillərində əsas kimi götürüblər. Beləki, bir sıra agentliklər ABŞ dövlət katibinin bu bəyanatından belə bir nəticə çıxarıblar ki, Tehran və Vaşinqton İraqda hərbi müttəfiq də ola bilərlər!!













