Главная » 2014 » Декабрь » 26 » "Azadlıq" radiosunun Bakı ofisində axtarış - RƏSMİ AÇIQLAMA

"Azadlıq" radiosunun Bakı ofisində axtarış - RƏSMİ AÇIQLAMA

26-12-2014 в 14:10 просмотров: 195 комментариев: 0 В мире

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisində axtarışa başlayıb.

TalyshPost Trend-ə istinadən xəbər verir ki, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edirLƏR.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.

E.Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır.

TalyshPost.org
 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org