Azərbaycanlılar deportasiya oldu
Türkiyədə qaçaqmalçılıqla məşğul olan azərbaycanlılar saxlanılıb. TalyshPost anspress-ə istinadən xəbər verir ki, İqdırda sərnişin avtobuslarından birində yoxlama aparılıb.
Məlumata görə, qaçaqmalla mübarizə çərcivəsində aparılan əməliyyat nəticəsində İqdır Jandarma Kapitanlığı sürücüsü və nömrəsi açıqlanmayan sərnişin avtobusunu Tuzluca rayonunun girşində saxlayıb.
Yoxlama zamanı 3 sərnişinə aid çemodandan qaçaqmal aşkar edilib. Yoxlama Ömər D., Azərbaycan vətəndaşları olan Fazilə Nəsirova və Nübaro Naciyevanın yüklərində aparılıb.
Belə ki, adıçəkilən şəxslərin çemodanlarından 3 min paket qaçaq siqaret və 36 şüşə spirtli içki tapılıb.
Azərbaycan əsilli iki qadın deportasiya edilib.
TalyshPost.org













