Azərbaycanlı deputatın anti-İran fikirləri

Azərbaycan Respublikasında əcnəbilərdən asılı siyasətçilər İrana qarşı zəhərli təbliğatlarını davam etdirməkdədirlər.
Az. R-nın Milli Məclisinin Fazil Mustafa adlı deputatı əcnəbilərin diktə etdiyi siyasətlərini yerinə yetirən azəri siyasətçilərdən biridir.
Bu deputat son vaxtlar İrana qarşı bir sıra əsassız və yalan ittihamlar irəli sürüb və İranın siyasətlərini şübhə altına almağa cəhd edir. İran - Az. R. Dostluq Parlament qrupunun üzvü olan Fazil Mustafa iddia edib ki, İran Az. R-da onlarla Web Sait icad edib və öz təfəkkürünü bu ölkə müsəlmanlarına sırımağa cəhd göstərib. Nə üçün biz İrandan təqlid etməliyik.
Az. R. Milli Məclisinin İnsan Haqları Komitə iclasının üzvü vəzifəsində çalışan bu deputat Fətullah Gülənə aid siyasi-dini cərəyan olan Nurçular təfəkkürünə malik bir şəxsdir. Görünür bu azərbaycanlı siyasətçi Az. R. və İranda şiə təfəkkürünün genişlənməsindən narahatdır. Fazil Mustafa Modern.az internet xəbər saytına verdiyi açıqlamasında deyib: Biz digər müsəlman ölkələr kimi bazar ertəsi günü 28 iyulda Fitr bayramı namazını qılmalı idik. Nə üçün Az. R. hər dəfə İrandan təqlid etməlidir.
O müsahibəsinin digər bir hissəsində iddia edib ki, Az. R-da şiə məzhəbli insanlardan min nəfəri İranı ülgü götürüb və dini ehkam və məsələlərdə İranın çıxardığı qərara əməl edir.
Fazil Mustafa onu da sözlərinə əlavə edib ki, Az. R-da siyasi media və internet saytlarından bir qrupu da açıq-aşkar İranın maraqları istiqamətində addım atırlar. Bu saytlar şəxs mənim fikirlərimi media və internet saytlarında yayımlamaqdan çəkinirlər. Lakin danışdığım sözləri, edilən etirazları dərhal medialarda əks etdirilər. Bu da məncə düzgün rəftar deyil.
Siyasi ekspertlərin qənaətincə Az. R. kimi müsəlman bir ölkədə Türkiyə siyasətlərinin böyük himayəçilərindən olan Fazil Mustafanın danışdığı bu sözləri xüsusilə də şiələrlə bağlı tutduğu mövqeyinin səbəbi hamıya aydındır. Bu əsnada Az. R-da gənc azərilərin 12 imama olan məhəbbəti xüsusi ilə də şiə məzhəbinə məhəbbətinin gün-gündən genişlənməsi hamından çox bu azərbaycanlı siyasətçini vahiməyə salıb.
Az. R. hakimiyyəti bu ölkənin sabiq SSR dən istiqlaliyyət qazandığı ilk illərdən , müsəlman xalqların düşməni olan dövlətlərin tapşırıqlarını yerinə yetirməkdə əlindən gələni əsirgəməyib ki, beləliklə də ölkədə şiə məzhəbinin zəifləməsində oynadığı rolu efektli olsun.
Ümumilikdə Az. R-da şiəçiliyə qarşı addım atan medialar yaxud bu ölkənin dövlət mətbuatının şiəfobiya siyasəti də F. Mustafayevdən geridə qalmayıblar. Aparılan son rəy sorğularının nəticələri bu ölkədə şiəçiliyə olan məhəbbətin daha da genişlənməkdə olduğunu göstərir. 9 milyon əhaliyə malik olan Az. R-da insanların 96 faizi müsəlmandır və əksəriyyəti də şiə məzhəbinin tərəfdarıdır. Belə bir vəziyyətdə Fazil Mustafa kimi siyasətçiləri narahat edən məqam budur ki, Az. R-da hökumətdən asılı siyasətçilərin nəzarəti altında əcnəbilərin yatırdıqları vəsaitlərə rəğmən nə üçün bu ölkədə gənc azərilərin şiəçiliyə məhəbbəti bu qədər böyükdür.
Həqiqət budur ki, bu qəbildən olan siyasətçilər Cəfəri şiə məzhəbinin nə mahiyyəti nədəki Az. R. xalqının ona göstərdiyi məhəbbətinin mənşəyi və səbəbləri ilə dəqiq tanış deyillər. Hətta bu barədə konkret bir məlumata belə malik deyillər. Əslində bu qəbil savadsız insanların informasiyalarını əcnəbi qaynaqlar təmin edirlər.
Onların bu informasiyaları elmi nəzərdən rədd olunur. Çünki bu şəxslər qeyri-mötəbər və yanlış qaynaqlara istinad edirlər. Halbuki Cəfəri şiə məzhəbi mötəbər qaynaqlarla yanaşı məntiqli, düzgün və aydın səbəblərə malikdir. Və bu sənəd tarix boyunca onları qoruyub və hazırda bu sənədlər mövcuddur.
Ona görə də müasir bəşər ictimaiyyətinin suallarını cavablandırmaq iqtidarındadır.
Təəssüflər olsun ki, Az. R-da F. Mustafa kimi irticaçı siyasətçilər az deyil və bundan qabaq da şiəfobiya siyasətini yeridənlərin ayaq izləri hələ də müşahidə olunur. Ümumilikdə bu qəbildən olan siyasətçilər öz əməlləri ilə ötən illər ərzində Az. R-da terrorçu hərəkətlərin möhkəmlənməsinə səbəb olublar və bu müsəlman ölkəni bir sıra gözlənilməz təhlükələrlə üzləşdiriblər. Misal üçün bundan qabaq təkfirçi qruplaşmalar yaxud terrorçu vəhhabi qruplaşmaları hətta terrorçu İŞİD qruplaşmasının eləcə də Nurçular cərəyanı birbaşa və dolayısı şəkildə dəfələrlə Azərbaycan dövlətini devirəcəklərini irəli sürüblər. Bütün bunlara rəğmən azərbaycanlı siyasətçilərin bir qrupu o cümlədən Fazil Mustafa bilərək ya bilməyərək düşmənin dəyirmanına su tökürlər. Halbuki irəli sürülən yalan bu iddiaların sonunun necə pis töhfə verəcəyini bilmirlər.













