Главная » 2014 » Сентябрь » 17 » Azərbaycanın ərazi bütövlüyünə referendum təhdidi

Azərbaycanın ərazi bütövlüyünə referendum təhdidi

17-09-2014 в 16:06 просмотров: 222 комментариев: 0 В мире

«Yeni Müsavat» qəzeti politoloq Zəfər Quliyevin yazısını dərc edib. Müəllif qeyd edir ki, müstəqilliklə bağlı referendum iddiaları bu gün fəal şəkildə İran azərbaycanlıları, İraqdakı və Türkiyədəki kürdlər, Çindəki uyğurlar və s. tərəfindən də səslənir. «Referendum kartından habelə Dnestryanı bölgə, Abxaziya və Dağlıq Qarabağdakı separatçı rejimlər də yararlanmaq istəyir. Moskvanın planlarında «Krım variantı»na uyğun şəkildə başqa qonşu ölkələrin (Qazaxıstan, Estoniya və s.) ərazi bütövlüyü altına «referendum minaları»nın qoyulması da daxil ola bilər. Real separatçı energetikadan istifadə olunmaqla analoji cəhdlər tam mümkündür ki, digər ambisiyalı ölkələr tərəfindən də edilsin. Bu mənada referendumlar paradın qaynar mərhələsindədir və Yalta-Potsdam sistemi ilə qurulmuş, Helsinki Yekun Aktı ilə möhkəmləndirilmiş əvvəlki dünya düzənini tamamən dağıtmaqla təhdid edir. Odur ki, Roma Papasının bir neçə gün öncə yeni dünya müharibəsinin başlamasının real əlamətləri haqda söylədiyi ciddi şəkildə düşünməyə vadar edir. Separatçı münaqişələrin artması və «dünyanın referendumla yenidən bölünməsi» dalğası ələlxüsus da qlobal və regional miqyasda geosiyasi mübarizənin ifrat kəskinləşməsi fonunda Azərbaycan da daxil, bir çox ölkələrə olduqca qeyri-müəyyən və həyəcanlı perspektiv vəd edir».


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org