Главная » 2015 » Январь » 24 » Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı

Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı

24-01-2015 в 13:33 просмотров: 226 комментариев: 0 В мире
“Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətinin yanvarın 24-dən etibarən 10-20 qəpik bahalaşması barədə qərarı qüvvəyə minib.
 
Xatırladaq ki, bundan əvvəl şirkətdən Oxu.Az-a verilən məlumata görə, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılması nəzərdə tutulurdu:
 
-    0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
-    2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
-    5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org