Главная » 2014 » Декабрь » 30 » Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

30-12-2014 в 10:17 просмотров: 159 комментариев: 0 В мире

Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

TalyshPost apa-ya istinadən xəbər verir ki, prezident İlham Əliyevin dekabrın 29-da imzaladığı sərəncam ümumilikdə 87 nəfərə şamil edilib.
 
Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfər cəzanın çəkilməmiş hissəsindən, 3 nəfər islah işləri, 5 nəfər isə cərimə cəzasından azad edilib.
 
Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org