Главная » 2014 » Май » 22 » Azərbaycanda daşqın olacaq?

Azərbaycanda daşqın olacaq?

22-05-2014 в 22:52 просмотров: 158 комментариев: 0 Новости
 Respublika ərazisindəki çaylarda suyun miqdarı artıb. Buna səbəb son  zamanlar ölkədə yağan güclü yağışlar olub. Bunu Anspress-ə  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli  Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar  Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. 
 
Onun sözlərinə görə, Kiçik Qafqaz bölgəsinin və Kür çayın yuxarı hissəsində, Qanıx çayında suyun səviyyəsində artım müşahidə olunur: 
 
"Bu çaylarda suyun səviyəsinin artması yağan yağışlarla əlaqədardır. Kür çayında suyun səviyyəsinin sabit olması müşahidə olunur. Lakin ötən illərlə müqayisədə suyun səviyyəsi xeyli aşağıdır. Kürdəki suyun səviyəsində hələ ki, elə bir təhlükə yoxdur. Yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb. Bir neçə gündən sonra suyun səviyyəsinin aşağı düşməsi gözlənilir”.
 

 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org