Главная » 2014 » Апрель » 14 » Azərbaycan son 4 ayda 28 hərbi qulluqçu itirib

Azərbaycan son 4 ayda 28 hərbi qulluqçu itirib

14-04-2014 в 21:02 просмотров: 138 комментариев: 0

2014-cü ilin yanvar-aprel aylarında 28 hərbi qulluqçu itirilib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən verilən məlumata görə, 2014-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 28 nəfər itirib.

6 nəfər cəbhədə atəşkəsin pozulmasının, 3 nəfər mina partlayışının qurbanı olub.

İtkilərin 19-u qeyri-döyüş itkisidir. 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən dünyasını dəyişib, 9 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.

 

 

 

Mənbə: Media forum


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org