Azərbaycan müharibəyə hazırlaşır
Ölkədə büdcənin təsdiqindən sonra Azərbaycan tərəfinin orduya xərclənən pullarını əsas götürən ukraynanın Trust.ua portalı bunu müharibəyə hazırlıq kimi qiymətləndirir.
Məlumatına görə, məqalədə qeyd edilir ki, İlham Əliyevin tapşırığına əsasən Azərbaycan ordusuna gələn il 5 milyard dollar xərclənəcək. 2015-ci ildə ölkənin hərbi xərcləri 3783 milyon manat olacağı gözlənilir. Bu 2014-cü ilin göstəriciləri ilə müqayisədə 27,2 faiz çoxdur. Əldə olunan rəqəm maliyyə naziri Samir Şərifovun dediyinə görə elə 5 milyard səviyyəsindədir ki, bu da növbəti rekord göstəricidir. Üstəlik bu məbləğ Ermənistanın ümumi büdcəsindən 2 milyard dollar çox olacaq.
Nəşr qeyd edir ki, Azərbaycan regionda hərbi idxalı 150 faizdən yuxarı çoxaldan yeganə ölkədir. 85 faiz silahını isə Azərbaycan Rusiyadan alır, təkcə 2013-cü il üçün Azərbaycan Rusiyadan 3,5 milyard dollarlıq silah alıb.
2013-cü ildən etibarən Rusiya ilə quru qoşunları hərbi texnikası üzrə müqavilələr silsiləsi isə təəccübləndirməyə bilmir. Buraya 94 ədəd T-90C tankları, 100 ədəd Pyadalar üçün hərbi vasitələr BMP-3, 18 ədəd özüyeriyən “Msta-C” artileriya qurğuları, 18 “Smerç” reaktiv atəş sistemləri, 18 ədəd özüyeriyən “Vena” artileriya qurğuları o cümlədən 6 ədəd “Buratino” yeni modifikasiya sistemli TOS-1A “Solnsepek” ağır odsaçan artileriya sistem alayı daxildir.
Nəşrin qeyd etdiyinə görə, 2015-ci il üçün Azərbaycan Ermənistanın hərbi xərclərindən 10 dəfə çox orduya pul ayıraraq səbr kasasının dolduğu mesajını verməyə çalışır.













