Главная » 2014 » Май » 22 » Azərbaycan insan haqları ittihamlarının əksinin sübutunda "maraqlı olmalıdır"

Azərbaycan insan haqları ittihamlarının əksinin sübutunda "maraqlı olmalıdır"

22-05-2014 в 18:39 просмотров: 150 комментариев: 0 Политика

 Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə (AŞNK) sədrliyi  dövründə insan haqları barədə ittihamların əksini sübut etməkdə  "maraqlı olmalıdır".

"Çünki ittihamlar çox ciddidir", Azərbaycanda insan haqları - siyasi məhbus məsələləri üzrə məruzə hazırlamağa yönəlik qətnamə təşəbbüsü hazırlayan irdandiyalı deputat Michael McNamara BBC Azərbaycancaya deyib

"..siyasi məhbuslar ittihamı xüsusilə ciddi ittihamdır, xüsusən də əgər ölkə AŞ Nazirlər Kabinetinə sədrlik edirsə", - cənab McNamara belə hesab edir.

Cümə axşamı Bakıda AŞPA Bürosunun iclasında müzakirə edilən bu qətnamə, təşəbbüs dəstəklənərsə, Hüquqi Məsələlər və İnsan Haqları Komitəsindən məruzəçi təyin edilə və ya bu mövzuda hesabat hazırlamaq Azərbaycan üzrə Monitorinq Komitəsinə - həmməruzəçilərə həvalə edilə bilər.

Son dəfə- 2013-cü ilin əvvəlində Azərbaycanda siyasi məhbuslar barədə hazırlanan məruzə qəbul edilməyib. Lakin AŞPA Monitorinq Komitəsinin hesabatına əsaslanaraq qətnamə qəbul edib.

Sənəddə bildirilib ki, həbsi əsaslı şübhə və qanuni narahatlıq yaradan bütün məhbuslar buraxılmalı, cinayət məsuliyyətinə cəlb edilən insan haqları müdafiəçiləri, fəallar və jurnalistlərin işlərinə yenidən baxılmalı, eləcə də ittiham olunan siyasi məhbuslara dair Assambleyanın qətnamələri tam yerinə yetirilməlidir.

Lakin beynəlxalq təşkilatlar qətnamənin qəbulundan sonra ölkədə insan haqlarının vəziyyətinin "pisləşdiyini" qeyd edib.

Cənab McNamara da qətnamə təşəbbüsünü hazırlayarkən beynəlxalq təşkilatların bəyanatlarına əsaslanıb.

Onun sözlərinə görə, insan haqlarının vəziyyəti bu qətnamə qəbul edildikdən sonra "yaxşılaşmış kimi görünməyib".

"Əgər belə təşkilatlar deyirsə ki, vəziyyət pisləşib, buna görə parlamentariləri bu məsələyə diqqət yetirməyə çağırıram".
Bu səbəbdən deputat təşəbbüsünə yetərincə dəstək toplayacağına ümid edir.

"Əgər dəstək olmazsa, onda bizim burada nə etdiyimiz müzakirə olunmalıdır. Əgər AŞ parlamentariləri etməli olduqlarını etmirsə, onda mənası nədir ildə dörd dəfə görüşməyin, yaxşı naharların? Bizim işimiz əsas dəyərlərin- insan haqları, demokratiya və qanuniliyin müdafiəsidir".

Strasser məsələsi

Siyasi məhbuslar barədə ötən hesabatın müəllifinin Christopher Strasserin ölkəyə buraxılmamasını xatırladan cənab McNamara deyir ki, bu dəfə eyni şey təkrar olarsa, "ciddi nəticələri" ola bilər.

"Düşünürəm ki, sadəcə olaraq AŞPA-nın diskreditə edilməsi ciddi müzakirə altında olacaq".

Azərbaycan rəsmiləri bundan öncə dəfələrlə Azərbaycanda siyasi məhbusların olmadığını bildirib.

Ötən ilin yanvarında AŞPA iclasında Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasserin 85 siyasi məhbusun adının daxil olduğu Klikləyin siyahı-hesabat qəbul edilməyib.

Bundan sonra prezident İlham Əliyev Klikləyin müsahibələrinin birində qeyd edib ki, "Azərbaycanda siyasi məhbus yoxdur. AŞPA-nın yanvar iclasında siyasi məhbuslar haqqında hesabatı rədd etdiyinə görə düşünürəm ki, bu mövzu bağlıdır".

Məcburi köçkünlər

Rəsmilər həmçinin, bəzi müsahibələrdə məcburi köçkünlərin haqlarını qabardaraq Azərbaycana qarşı "ikili standartların tətbiq edildiyini" deyib.

Deputat McNamara bununla bağlı qeyd edir ki, beynəlxalq ictimaiyət Azərbaycanda məcburi köçkünlərin hüquqlarının qorunması məsələsi ilə maraqlanır.

"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bacardıqca tez həllər axtarır, amma Azərbaycanın məcburi köçkünlərinin mövcudluğu başqalarının hüquqlarının qorunmaması üçün üzrxahlıq olmamalıdır".

Bu baxımdan deputat bütün ölkələrin Şuraya könüllü daxil olduğunu xatırladır.

"Bütün ölkələr kimi Azərbaycanı heç kim məcbur etməyib ki, Avropa İnsan Haqları Konvensiyasına imza atsın, Avropa Şurasına daxil olsun".

Qətnamə təşəbbüsü indiyə qədər 55 deputat tərəfindən imzalanıb. Ümumilikdə Avropa Parlament Assambleyasında 47 ölkədən 162 deputat təmsil olunur


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org