Astarada ər arvadını öldürdü
Astara rayonunda qətl hadisəsi baş verib.
TalyshPost apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Astara rayonunın Kakalos kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü İsmayıl Mikayıl oğlu Əkbərov şəxsi münaqişə zəminində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanın başına küt alətlə zərbələr endirib, daha sonra ürək nahiyəsinə bıçaqla zərbələr vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Hadisəni törətmiş İ.Əkbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
A.Nurullayevanın meyidi isə müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası şöbəsinə aparılıb.
İlkin versiya kimi qətl hadisəsinin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
TalyshPost.org













