Главная » 2014 » Декабрь » 22 » Astarada bulvar salınır (VİDEO)

Astarada bulvar salınır (VİDEO)

22-12-2014 в 16:21 просмотров: 216 комментариев: 0 Новости Талыша

 Astara şəhərində böyük bir layihə reallaşmaq üzrədir. Dənizkənarı sahil zolağında 8 hektar bataqlıq ərazidə möhtəşəm park bulvar salınır. Bulvarın gələn ilin 1-ci rübündə istifadəyə veriləcəyi deyilir.

TalyshPost ans tv -yə istinadən xəbər verir ki, tikintisinə bu ilin mart ayından başlanılan park bulvar sürətlə tikilir. Bölgələrdə ilk dəfə Astarada reallaşan möhtəşəm layihənin həyata keçirilməsində yerli inşaatçılarla yanaşı xarici mütəxəssislərin qüvvəsindən və təcrübəsindən istifadə edilir.

Ümumi sahəsi 8 hektar olan Park-bulvarda 6 min metr sahilboyu əraziyə üzlük plitələrin döşənməsi və işıqlandırma sisteminin qurulması başa çatdırılıb,600 kv.m sahədə iri tutumlu ,müasir görünüşlü fontan inşa edilib. 1400kv.m ərazidə 1200 nəfərlik amfiteatrın özülü qoyulub. Giriş hissədə uzunluğu 14 ,eni 5 m olan iki şəlalənin tikintisi davam etdirilir. istifadəyə verilməsi bu ilin sonuna nəzərdə tutulan bulvarda yubanmanın obyektiv səbəbləri var.

Bulvarda sakinlərin istirahəti üçün kafe çayxana restoran da nəzərdə tutulur.

Astara park bulvarının digərlərindən üstün cəhəti burada yaşıllıq zolağına daha geniş yer ayrılmasıdır.parkın ərazisində həmişəyaşıl ,dekorativ ağaclarla yanaşı uzunömürülü yerli ağaclar-dəmirağacı,palıd,cökə və Gəncədən gətirilimiş xan çinarlar əkilib.

Park bulvarda işlərin gələn ilin 1-ci rübündə yekunlaşacağı deyilir.

                                       

TalyshPost.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org