Almaniyadan İŞİD qərarı: pasportların müddəti uzadıldı
Almaniya Konstitusiyanın Mühafizəsi Təşkilatı İŞİD tərəfdarı vətəndaşların İraq və Suriyaya getməsinə maneə olmaq üçün şəxsiyyət vəsiqələrin müddətlərini 6 aylıq uzadıb.
TalyshPost abna xəbər agentliyinə istinadən xəbər verir ki, Almaniya hökuməti İŞİD terror qruplaşmasına qatılan 550 vətəndaşından 60-nın həyatını itirməsindən sonra Suriya və İraqa gedənlərə maneə olmaq üçün hərəkətə keçdi.
Almaniya Konstitusiyanın Mühafizəsi Təşkilatı İŞİD tərəfdarı vətəndaşların İraq və Suriyaya getməsinə maneə olmaq üçün şəxsiyyət vəsiqələrin müddətlərini 6 aylıq uzadıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı yaydığı son hesabatında 80 ölkədən 15 min vətəndaşın İŞİD kimi təşkilatlara qatıldığını bildirib. İŞİD-ə qatılaraq həyatını itirən 60 adamdan 9-nun kamikadze kimi öldüyü bildirilir.
Bu cür qruplara pasport verilmədiyini açıqlayan Konstitusiyanın Mühafizəsi Təşkilatı hesab edir ki, şəxsiyyət vəsiqələrindəki məhdudlaşdırma ilə yeni səyahətlərə maneə mümkün olacaq.
TalyshPost.org













