"Allahu Əkbər" hara baş kəsmək hara
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD türrorçu qruplaşmasından danışıb. Şeyxülislan terrorçu təşkilat üzvlərinin qeyri-müsəlman olduqlarını və təşkilatın üzvlərinin bütün hərəkətləri İslama zidd olduğunu deyib.
““Allahu əkbər!” deyib insanın başını kəsirlər. "Allahu Əkbər" hara baş kəsmək hara. Bu İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur. Bu, Qərb dövlətlərinin və onların bölgədəki köməkçilərinin yaratdıqları qüvvələrdir".
Şeyx bildirib ki, Azərbaycanda sünnilərlə şələr arasında qarşıdurma yaratmaq istəyən bəzi qüvvələr var. Onlar hələ ki, buna məscidlərdən başlayırlar. Lakin onlara şərait yaradılsa, sonra bütün ölkədə başqa ixtişaşlar yaradarlar".













