Allahşükür Paşazadə: İŞİD quruplaşması kafirdir

"İraq Şam İslam Dövləti" silahlı qruplaşmasının İraqda apardığı qanlı zorakılıqlara münasibət bildirən Şeyx vurğulayıb ki, qruplaşma din uğrunda döyüşmür, onlar siyasət girovlarıdır: “Hər hansı müsəlman, özünə müsəlman deyərək bir qardaşının və insanın qanını tökürsə, bu adam kafirdir. Hazırda Suriyada, İraqda, Kərkükdə, Mosulda öldürülən insanlar haqsız yerə qətlə yetirilir. Təbii ki, buna görə Allah onların cəzasını verəcək”.
Qeyd edək ki, İraqda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İraqa getməməyi məsləhət görüb.
Digər tərəfdən ABŞ, sionist rejim, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətinin himayəsi altında olan “İraq Şam İslam Dövləti” silahlı qruplaşması Azərbaycan Respublikası və Türkiyənin dövlət rəmzlərinə qarşı təxribata yol verib.
APA-nın məlumatına görə, silahlı qruplaşma üzvləri sosial şəbəkələrdə çağırışlar yayaraq tezliklə Azərbaycan və Türkiyə ərazisində guyaki “islam dövləti”ni quracaqlarını bəyan ediblər.
Onlar həmçinin Azərbaycan və Türkiyənin dövlətin xəritəsi və bayraqlarını qara fonda təqdim ediblər.
Diqqət cəlb edəndir ki, İŞİD quruplaşmasının bu hərəkəti Azərbaycan Respublikasında sionist rejimə və pantürkism cərəyanına asılı olan dırnaq arası millətçiləri heçdə narahat etməyib və indiyə kimi hələ bu cərəyanın reaksiyası olmayıb.













