Главная » 2014 » Июнь » 10 » "ABŞ-ın Güləni ekstradisiya etməyi real görünmür" (VİDEO)

"ABŞ-ın Güləni ekstradisiya etməyi real görünmür" (VİDEO)

10-06-2014 в 10:37 просмотров: 157 комментариев: 0 Новости

Türkiyə xarici işlər nazirliyinin müşaviri Firudun Hadi Sinirlioğlu ABŞ-dadır. Ankara rəsmisinin burda Pensilvaniyada yasayan Fəthullah Gülənin Turkiyəyə ekstradisiya məsələsini qaldıracağı xəbər verilir. 

Firudun Hadi Sinirlioğlu ANS TV-nin Vaşinqton bürosunun "Fəthullah Gülən ABŞ-ın Pensilvaniya ştatında hansı immiqrasiya statusu ilə yasayır? Bu barədə nə öyrənə bilmisiz?" sualını belə cavablandırıb: "Fəthullah Gülən 1997-ci ildən etibarən ABŞ-ın Pensilvaniya ştatında ona verilən müddətsiz viza ilə yaşayır. Bu viza isə xüsusi olaraq – idman, mədəniyyət və digər sahələrdə xüsusi xidmətləri olan insanlara verilir. Məhz Fəthullah Gülən də bir çox ölkələrdə açdığı mindən artıq məktəbin fəaliyyət göstərməsinə görə bu viza ona verilib. Hazırda Fəthullah Gülən ABŞ-ın Pensilvaniya ştatında yaşayır və heç nədə ittiham olunmur. Onun yaşadığı ünvan isə mətbuat nümayəndələrinə məlumdur". 
Firudun Hadi Sinirlioğlu

"Gülənin Türkiyəyə təhvil verilməsi realdırmı?" sualını isə Türkiyə xarici işlər nazirliyinin müşaviri belə izah edib: "Hazırda ABŞ-ın beynəlxalq qalmaqala səbəb ola biləcək belə bir ekstradisiyaya yol verəcəyi real görünmür". 

       

 


ANS TV: 


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org