Главная » 2014 » Апрель » 17 » Abidələr günü keçiriləcək

Abidələr günü keçiriləcək

17-04-2014 в 12:51 просмотров: 136 комментариев: 0

  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə   Abidələr və Tarixi Yerlər üzrə Şuranın      Azərbaycan Milli Komitəsinin Təşəbbüs    Toplantısı keçirəcək. 

Talysh Post.org-in məlumatına görə, Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İCOMOS - İnternational Council on Monuments and Sites ) təklifi və Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) Baş Assambleyasının tövsiyələri əsasında hər il dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü 18 apreldə qeyd edilir. Bunun əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Cari ildə bu tədbiri daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın Milli Azərbaycan Komitəsinin təsisinin təşəbbüs toplantısı və “Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.

Tədbirdə Abidələr və Tarixi Yerlər Beynəlxalq Şuranın (ICOMOS) prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı gözlənilir. 

Qeyd edək ki, tədbir 18 aprel 2014-cü il tarixində saat 10.15-də “Park İnn” mehmanxanasının “Dan Ulduzu” zalında keçiriləcək.

 

Talysh Post.org


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org