Главная » 2014 » Май » 31 » Abdullah Gül: "Ermənistana yaxınlaşırıq"

Abdullah Gül: "Ermənistana yaxınlaşırıq"

31-05-2014 в 13:22 просмотров: 155 комментариев: 0 Политика

 Türkiyə prezidenti Abdullah Gül ölkəsinin Ermənistanla  olan  münasibətlərindən danışıb. 
 Məlumata görə, Abdullah Gül Türkiyə ilə Ermənistan  arasında olan münasibətlərin normallaşması üçün bir ümid  olduğunu söyləyib:

 “Biz səmimi bir formada Ermənistana yaxınlaşırıq. Mən 2008-ci ildə Ermənistana ziyarət edən ilk türk prezidenti olmuşam”.

Daha sonra Abdullah Gül qeyd edib ki, bir müddət öncə baş nazir Rəcəb Tayyib Ərdoğanın 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərin nəvələrinə də baş sağlığı mesajı verib. 

1915-ci ildə Anadoluda çox dəhşətli hadisələrin baş verdiyini söyləyən Gül ermənilərin soyqırımı iddialarına qarşı Türkiyənin bütün tarixi arxivlərini açdığını deyib.

O, münaqişənin həll edilməsi üçün güclü bir iradə və dialoqa ehtiyac olduğunu vurğulayıb

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org