Главная » 2014 » Май » 22 » 300 sərnişinin batdığı gəminin sahibinin əmlakına həbs qoyuldu

300 sərnişinin batdığı gəminin sahibinin əmlakına həbs qoyuldu

22-05-2014 в 18:13 просмотров: 144 комментариев: 0 В мире

 Cənubi Koreyada bu ilin aprel ayının 16-da qəzaya uğrayaraq batan  “Sevol” YU Ben gəmisinin sahiblərinin əmlakına həbs qoyulub. 

 Talysh Post.org-in məlumatına görə, hadisə ilə bağlı Çənubi Koreyanın  Milli Vergi Xidmədi və prokurorluq birgə cinayət işi açıblar. Onların 9 obyektinə həbs qoyulub. 

YU şirkətinin əmlakı dondurulub. Şirkətə üzv olanlara isə faciə qurbanlarına kompensasiya verilməsi tapşırılıb. Şirkətin sahibləri əmlakı talan etmə və vergidən yayınma əməllərində də günahlandırılırlar. 

Cənubi Koreyanın prezidenti Pak Kın He ölkə əhalisinə telemüraciətində gəmi qəzasınada günahkar olanların əmlakının müsadirə ediləcəyi, onların varidatının zərərçəkənlərin ailələrinə paylanacağı barədə bəyanat vermişdi. “Seval” gəmisinin sahiblərinin YU şirkətinin prezidentinin oğlanlarının adına olan Cənubi Seulda bir neçə binaları da müsadirə edilən əmlaklar siyahısındadır. YU qardaşlarının müsadirə olunan varidatı 19,6 mln$ civarındadır.

Cənubi Koreya Prokurorluğu gəmi sahiblərindən müsadirə etdikləri əmlakdan əldə etdikləri vəsaitin bir hissəsini suda xilasetmə və axtarış işlərinə sərf ediblər. Gəmidə baş verən qəzada zərəçəkənlərin ailəsinin hər birinə sığorta 340,8 min $ siğorta veriləcək. Sərnişinlərin qohumlarının şirkət sahiblərindən turist sığortası qanununa görə 97,4 min $ almaq hüququna malikdirlər. Suda batanların və itənlərin axtarışına isə 194,7 mln$ vəsait xərclənib.

Xatırladaq ki, Koreyanın Çindo adasındakı İnçxon limanından Çedjuo adasına yola düşən gəmi yarı yolda batmışdı. Qəza nəticəsində gəmidən 172 adam xilas ola bilmişdi, 300-dən artıq sərnişini isə xilas eləmək mümkün olmayıb.

 

Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org