Главная » 2014 » Июнь » 9 » 22 "Yəhova şahidi" tutuldu

22 "Yəhova şahidi" tutuldu

09-06-2014 в 19:38 просмотров: 174 комментариев: 0 Новости

Daxili İşlər Nazirliyi "Yəhova şahidləri" dini təriqəti ilə bağlı məlumat yayıb. 

Talysh Post.org-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yəhova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.

Evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.

Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb.


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org