Главная » 2014 » Ноябрь » 28 » 11 başsız meyit tapıldı

11 başsız meyit tapıldı

28-11-2014 в 12:22 просмотров: 194 комментариев: 0 В мире

Meksikanın Qerrero ştatının Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılıb.

 Ilkin məlumatlara əsasən, naməlum şəxslər meyitləri polis məntəqəsindən 100 metr aralıda, yolun kənarına atıblar. 

Meyitlərin yanında çoxlu sayda patron gilizləri aşkarlanıb. Hazırda hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb, araşdırma aparılır. Meyitlərdən birinin üzərində aşkarlanmış məktubda qeyd olunub ki, qətlə yetirilən insanlar iki cinayətkar qrup arasında baş vermiş qarşıdurmanın qurbanı olublar. 

Həmin meyidlərin Qerrero ştatında aşkar edilməsi onların sentyabrda itkin düşmüş 43 tələbəyə məxsus olması ehtimalını artırıb. İstintaq zamanı müəyyən edilib ki, sentyabrda ştatda etiraz aksiyasından sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər. Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq meyidlərini torpağa basdırıblar. Tələbələrin itkin düşməsi bütün Meksikada etirazlara səbəb olmuşdu.

 

Mənbə:anspress


Комментарии 0
avatar
Copyright © 2014 Talysh Post.org